“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılır

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılır
  • Cəmiyyət

  • Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov martın 17-də “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.

    LEQAL.AZ xəbər verir ki, Fərmanda deyilir:

    “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

    1. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.

    2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

    2.1. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

    2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    3. Bu Fərman 2021-ci il aprelin 1-dən qüvvəyə minir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər