YAP Xətai rayon təşkilatının fəalları rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər - FOTO

YAP Xətai rayon təşkilatının fəalları rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər - FOTO
  • Cəmiyyət

  • YAP Xətai rayon təşkilatının (YAP) fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhid Məmmədov Vüsal Qüdrət oğlu və Əsgərov Rüfət Mürvət oğlunun ailələrini ziyarət ediblər.

    YAP-dan LEQAL.AZ-a bildiriblər ki, Məmmədov Vüsal Qüdrət oğlu “Vətən uğrunda” medalı və “Qarabağ” ordeni ilə təltif olunub. Əsgərov Rüfət Mürvət oğlu isə “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarına layiq görülüb.

    Ziyarət zamanı təşkilat üzvləri şəhid ailələrinə baş sağlığı verib, ailələrin qayğıları, problemləri ilə maraqlanıblar. Eyni zamanda, Novruz sovqatları ilə onların qarşıdan gələn bayramlarını təbrik ediblər.

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər