Oğlunu itirən ananın dərdindən böyük dünyada dərd olmaz bəlkə də. Şəhid anası olmaq isə həm məsuliyyətli, həm də şərəfli bir işdir.
report-un növbəti süjetində xalqımızın qəhrəman oğulları, Vətən müharibəsində şəhid olmuş Muxtar Qasımlının anası Almaz Qasımova və Rəşad Quliyevin anası Mətanət Quliyeva danışır.
Baş leytenant Muxtar Qasımlı oktyabrın 2-də Füzuli rayonunun Alxanlı kəndinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 1993-cü il fevralın 23-də Bakıda dünyaya göz açan Muxtar idmançı kimi karyerasında bir sıra uğura imza atıb, cəmiyyətdəki fəaliyyəti ilə seçilib.
Polkovnik-leytenant Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Bakıda anadan olub. Həyatının 20 ilini vətənə xidmətə həsr edən Rəşad 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunmasında da iştirak edib. Oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olub.