Saatlıda karantin rejimini pozan çayxana aşkar olunub

Saatlıda karantin rejimini pozan çayxana aşkar olunub
  • Cəmiyyət

  • Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına riayət etməyən çayxana aşkarlanıb. Obyektin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub. Müştərilərlə profilaktiki söhbətlər aparılıb, onlara xəbərdarlıq edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər