Martın 19-da saat 09:00-dan 12:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla bağlı sual-cavab sessiyası keçiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, vətəndaşlar sessiyada iştirak edərək prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maraqlandıqları mövzularda suallarla müraciət edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsi xüsusilə diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır.