Yəmənli alimlər Qarabağla bağlı çağırış ediblər

Yəmənli alimlər Qarabağla bağlı çağırış ediblər
  • Cəmiyyət

  • Bir qrup yəmənli ziyalı, elm adamı və ölkənin aparıcı elm ocaqlarının tələbəsi BMT-ni Qarabağın Azərbaycan Respublikasının ərazisi olması ilə bağlı qəbul edilən qətnamələri həyata keçirməyə çağırıblar. Çağırış yəmənli professorlar Tavfiq Mahmud Məhəmməd Əli və Cəmilə Saleh Saifin təşəbbüsü ilə baş tutub.
    LEQAL.AZ  xəbər verir ki, yəmənli ziyalılar BMT və təşkilatın Baş katibinin Ermənistan tərəfinin mülki Azərbaycan əhalisini qəsdən və məqsədyönlü şəkildə ballistik raket və artilleriya qurğularından atəşə tutmasını qəti şəkildə pislədiyinə diqqət yetirərək bu müharibə cinayətlərinin Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə ən böyük təhdid olduğunu bildiriblər.
    Ziyalılar Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd edərək ölkəmizin torpaqlarını işğaldan azad edilməsi uğrunda apardığı haqlı mübarizəsini dəstəklədiklərini bildirib, Ermənistanın təcavüzkar siyasətini pisləyiblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər