Lənkəranda “Həzi Aslanov 110: Vətənin qəhrəman oğlu” müsabiqəsinin qalibləri müəyyənləşib

Lənkəranda “Həzi Aslanov 110: Vətənin qəhrəman oğlu” müsabiqəsinin qalibləri müəyyənləşib
  • Cəmiyyət

  • İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə bağlı Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran şəhərindəki Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “Həzi Aslanov 110: Vətənin qəhrəman oğlu” müsabiqəsinə yekun vurulub.
    LEQAL.AZ Azərtac-ın bölgə müxbirinə istinadən xəbər verir ki, müsabiqədə ölkəmizin cənub bölgəsindən olan (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad) ümumilikdə 58 nəfər yeniyetmə və gənc iştirak edib.
    Gənclərin müsabiqəyə təqdim etdikləri inşa, şəkil, videoçarx və şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
    Qaliblərə mükafatlar xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran şəhəri 5 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Ağacəfər Fətullayev və general Həzi Aslanovun Lənkəran şəhərindəki ev muzeyinin direktoru Cəmilə Şərifova tərəfindən təqdim olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər