Mənfur ermənilərin ayağı halal torpaqlara dəyəndən sonra həmin ərazilərdə fitnə-fəsad, təxribat, faciələr insanlara rahatlıq vermir. Özlərini yazıq, kimsəsiz xalq kimi göstərən ermənilər torpaqlarımızda məskunlaşandan sonra xəstə təxəyyüllərindən keçənləri reallaşdırmaq üçün heç bir millətin düşüncəsinə sığmayan məkrlərlə insanların başına olmayan müsibətlər gətirirlər.
Mən tarixçi olmasam da Azərbaycanın tarixinə bələdəm. Bu gün erməni faşistlərinin yeni torpaq iddialarını eşidib biləndə onlara nifrətim qat-qat artır. O millət ki, uşaq, qoca, qadın bilməsə, onun Yer üzündə inkişaf edib artmağa mənəvi haqqı varmı? Xocalıda, Malıbəylidə, bu gün isə Gəncədə, Tərtərdə törətdikləri qətliamları faşistlər də bəlkə etməyiblər.
Məni daha çox narahat edən isə dünya dövlətlərinin ermənilərin bu günkü təxribatlarını müdafiə etməsi, ya da laqeyd qalmasıdır. Özlərini demokratiyanın beşiyi sayan güc dövlətlərinin humanistliyi görünmür. Onları silahlandıranlar da özlərini heç nədən xəbəri olmamış kimi aparırlar. Sadə məntiqdir ki, əgər hər hansı dövlət taxribatçı Ermənistanı dəstəkləyirsə, deməli, özünün xislətində də bu hal yaşayır və bəşəriyyətin məhvinə çalışır.
Ən yeni tariximizə nəzər salaq. Ötən əsrin 90-cı illərindən bəri əzəli torpaqlarımız olan Dağlıq Qarabağ Muxtar Vilayəti və onun əhatə edən 7 rayonu işğal edən ermənilər ağlasığmaz dağıntılar (etmiş) yaratmış, insanlığa qarşı vəhşiliklərini (nin fərqində olmadan) saya almayaraq yeni torpaqlar qamarlamaq xülyasından əl çəkmək niyyətində deyil.
«Dənizdən-dənizə» şüarını tutuquşu kimi təkrarlayaraq Böyük Ermənistan yaratmaq üçün hər şeyindən keçir. Xislətindəki yaltaqlıq maşınını işə salıb güc dövlətlərindən kömək istəyir. Dünya Birliyi, beynəlxalq təşkilatlar bu mənfurları yerində otuzdurmaq əvəzinə, onun məkrli planlarını həyata keçirməyə susmaqları ilə kömək göstərirlər.
Ermənistanın Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı BMT-nin dörd qətnaməsini qulaqardına vuraraq bu gün döyüş bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə qeyri-insani təxribatlar törətməkdən əl çəkmir.
Ancaq belə bir misalı erməni quduzlarının yadına salıram: «Nahaqqın mənzili olmaz.» Erməni faşistləri də bu yoldadır və onlar bu cığırla gedib uçruma yuvarlanacaqlar. Artıq o gün gəlib çatıb. Xalqımız qisas günlərini yaşayır. Ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə qəhrəman ordumuz düşməndən olub-keçənlərin qisasını alır. «Haqq nazilər amma üzülməz, deyirlər. İgid əsgərlərimiz çətin coğrafi relyefli ərazilərdə düşmənin 30 illik istehkamlarını dağıdır, qəsəbə, rayon mərkəzlərində, kəndlərimizdə, yüksəkliklərdə Azərbaycanın üçrəngli bayrağını dalğalandırırlar.
Dünya işğaldan azad olunmuş kənd və şəhərlərimizdə erməni vandallarının törətdiklərini görmür. «Geriyə yol yoxdur», belə deyir möhtərəm ölkə başçımız. Ordumuzun müzəffər yürüşünün qarşısını heç bir qüvvə ala bilməz. Çünki ordumuz təxribat nəticəsində şəhərlərdə həlak olan insanların qisasını almaq niyyəti ilə düşmən üzərinə şığıyır. Tanrı hər bir əsgərimizi qorusun, ona güc-qüvvət versin.
Qarabağ Azərbaycandır! Qələbə haqq-ədalət ünvanlıdır.
Şirvan Əbilov,
Prezident təqaüdçüsü, «Tərəqqi» medallı.
LEQAL.AZ