Göyçayda şəhid Xəyal Məmmədovun adını daşıyan körpü istifadəyə verilib - FOTOLAR

Göyçayda şəhid Xəyal Məmmədovun adını daşıyan körpü istifadəyə verilib - FOTOLAR
  • Cəmiyyət

  • Göyçayda şəhidin xatirəsini əbədiləşdirmək üçün salınan körpü onun ad günündə istifadəyə verilib.

    LEQAL.AZ-ın məlumatına görə, Göyçay şəhəri ilə Ərəbcəbirli kəndi arasındakı dağ çayı üzərində yeni körpü salınıb. Çay üzərindəki köhnə və balaca körpü istismar müddətini başa vurduğundan Ərəbcəbirli kəndinin sakinləri şəhərə gediş-gəliş zamanı əziyyət çəkirdilər. Rayon əhalisinin maddi vəsaiti ilə uzunluğu 11 metr, eni 7,5 metr olan beton körpü inşa edilib.

    Yerli əhali bu körpüyə 44 günlük Vətən müharibəsində fəal iştirak edən, orduda 11 il çalışan və oktyabrın 2-də Tərtər ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçi Xəyal Məmmədovun adını verərək, onu “Xəyal körpüsü” adlandırıblar. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün salınan yeni körpü fevralın 13-də, onun ad günündə istifadəyə verilib.

    Yaşasaydı bu gün Xəyalın 32 yaşı olacaqdı. Güləş yarışlarında çoxlu medallar qazanan Xəyal, şəhid olduqdan sonra isə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

    Körpünün yanında şəhidin şəkili olan xatirə lövhəsi qoyulub, bayrağımız ucaldılıb, ətrafda həmişəyaşıl ağaclar və gül kolları əkilib. Bir ay ərzində inşa edilən bu körpünün hər iki tərəfində və çay kənarında torpaq-daş bərkitmə, beton işləri görülüb.

    Körpünün açılış mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, müharibə iştitakçıları çıxış edərək Xəyal Məmmədovun müharibədəki şücaətindən, onun xatirəsini əbədiləşdirmək üçün görülən bu xeyriyyə işlərindən danışıblar.








    PAYLAŞ:

    Oxşar xəbərlər