Sumqayıtda məcburi köçkünlərin məskunlaşdıqları dördmərtəbəli yataqxana binasının ümumi sahəsi 500 kvadratmetr olan mansardında taxta konstruksiyalardan ibarət otaq yanıb.
LEQAL.AZ Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, hadisə yerinin kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.