Məşhur Məmmədov: “Müzəffər ordumuz düşmən ordusunu diz çökdürür”

Məşhur Məmmədov: “Müzəffər ordumuz düşmən ordusunu diz çökdürür”
  • Cəmiyyət

  • “Bu gün müstəqil Azərbaycanımız qələbə ovqatına köklənib. Rəşadətli ordumuzun qazandığı parlaq zəfərlər, Füzuli, Cəbrayıl rayonları, Xocavənd, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd və strateji yüksəkliyin azad edilməsi xalqımızın qalibiyyət əhval-ruhiyyəsini yüksəldib”.

     

    LEQAL.AZ Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    Deputatın sözlərinə görə, Ermənistan əsrlərdən bəri işğalçılıq siyasətini yerinə yetirib:

    “Biz erməni vəhşiliyini 1992-ci ilin Xocalı soyqrımında gördük. O vəhşilik və vandalizm bu gün də davam edir. Ancaq şücaətli Azərbaycan ordusu düşmənə cavabını döyüş meydanında verir. Aciz Ermənistan hakimiyyəti isə mülki insanları və obyektləri hədəf alır”.

    Parlamentari bildirib ki, dünən Ermənistanın bir neçə yaşayış mərkəzinə raket atması düşmənin hansı durumda olduğunu göstərir:

     

    “Dünən işğalçı Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə 6 ballistik raket atıb. Bu bir daha onu göstərir ki, ermənilər dinc insanları hədəf alır. Bu da onların xislətinin xarab olduğunu göstərir. Ancaq Ali Baş Komandan dəfələrlə bəyan edib ki, biz heç bir zaman dinc insanları hədəf almayacağıq. Biz sözümüzü döyüş bölgəsində deyirik.  Rəşadətli Ordumuz ən müasir silahlardan istifadə edərək düşmən ordusunu diz çökdürür, ermənilərin çoxlu sayda texnikasını, artilleriya sistemini, hava hücumundan müdafiə sistemini məhv edir. Haqq mübarizəsinə qalxan Azərbaycan Ordusu döyüş əməliyyatları zamanı düşməndən çoxlu sayda qənimətlər - tanklar, piyadaların döyüş maşınları, minaatanlar və s. götürüb. Çünki bu mübarizədə tam üstünlük haqqın, ədalətin, yəni Milli Ordumuzun, illərdir erməni işğalından, təcavüzündən zərər çəkən Azərbaycanın tərəfindədir.Yaşasın Ali Baş Komandan! Yaşasın, müzəffər Azərbaycan ordusu!”

     

    PAYLAŞ:

    Oxşar xəbərlər