“Bəsdirin, qaziləri bəhanə edib özünüzü reklam etdiniz. Tankın qabağına çıxan oğlanları, pulun qarşısında sındırmayın. Nə edirsinizsə, gizlin edin”.
KONKRET.az xəbər verir ki, bunu müğənni Nura Suri deyib.
N.Suri qeyd edib ki, Vətən uğrunda döyüşən insan təmənna güdmür: “Hamımızın borcudur torpağı, vətəni qorumaq – kişili, qadınlı. Valideyinlərimin hər ikisi qazidir. Prezidentin qərarına əsasən qazi və şəhid ailələrinə maddi dəstək olunur. Hərə əlinə bir telefon alıb video çəkir. Dünya baxır e, bizə. Etməyin belə. O boyda qalibiyyəti ucuzlaşdırmayın”.