DİN: Karantinlə bağlı nəzarət-profilaktik tədbirləri davam etdirir

DİN: Karantinlə bağlı nəzarət-profilaktik tədbirləri davam etdirir
  • Cəmiyyət

  • COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 30-da respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb. 6 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər