DİN: Həftəsonu ictimai yerlərdə 9 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

DİN: Həftəsonu ictimai yerlərdə 9 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb
  • Cəmiyyət

  • COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.  

    LEQAL.AZ xəbər verir ki, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 26-27-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb. 8 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.apa
    PAYLAŞ:

    Oxşar xəbərlər