DİN: 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

DİN: 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
  • Cəmiyyət

  • COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən apa-ya verilən məlumata görə, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb. 

    19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər