Rusiyanın “Rosselxoznadzor” qurumu dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsindən pomidor idxalına icazə verib.
LEQAL.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Bundan əvvəl “Rosselxoznadzor” Azərbaycanda bir müəssisədən pomidor idxalına izn verilmişdi.
İcazələr “Geotermal” (Kürdəmir rayonu), “Şükürov İlkin Mirzəxan” (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul greenhouse” MMC (Hacıqabul rayonu) müəssisələrə verilib.(konkret.az)