Qeyri-neft sektoru üzrə ixracda aparıcı şirkətlərin adları açıqlanıb

Qeyri-neft sektoru üzrə ixracda aparıcı şirkətlərin adları açıqlanıb
  • İqtisadiyyat

  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında aparıcı şirkətlərinin adlarını açıqlayıb.

    LEQAL.AZ İITKM-in “İxrac İcmalı”nın noyabr sayına istinadla xəbər verir ki, hesabat dövrü üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin siyahısında ön sıralarda “SOCAR Polymer” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Land Lojistic” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Sun Food” MMC, “Global Trade Group” MMC, “Fruit Store” MMC, “Baku Steel Company”, “Aqrovest” MMC və “Fruit City Group” MMC qərarlaşıb.

    Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. Siyahıda, həmçinin “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC, Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti və “Kaspian Drilinq Kompani Limited” MMC yer alıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər