AHİK pandemiya və Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində zərər görmüş, cəbhədə şəhid olmuş əsgər və zabitlərin ailələrinə, qazilərə müvafiq yardımlar göstəribdir. Belə ki, AHİK-in üzv və tabeliyində olan təşkilatları pandemiya dövründə bu məqsədlər üçün 5.372.588 manat, Vətən müharibəsi dövründə Silahlı Qüvvələrin Yardım Fonduna və həlak olmuş əsgər və zabitlərin ailələrinə, qazilərə, zərər çəkmiş dinc sakinlərin sosial problemləri ilə bağlı 1.712.993 manat vəsait xərcləyib.
Bu gün ölkə ictimaiyyəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezidentin Sərəncamı ilə yaradılan fonda “YAŞAT” dəstək aksiyası həyata keçirir.
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, Azərbaycan həmkarlar ittifaqları da bu dəstəyə qoşularaq AHİK-in İcraiyyə Komitəsinin 14 dekabr 2020-ci il tarixli iclasında “YAŞAT” Fonduna 300 min manat vəsait köçürülməsi barədə qərar qəbul olunub və vəsait Fondun hesabına köçürülüb.