Ermənistan əhalisinin təxminən yarısı Paşinyanın istefasını istəyir

Ermənistan əhalisinin təxminən yarısı Paşinyanın istefasını istəyir
  • Cəmiyyət

  • Ermənistan əhalisinin demək olar ki, 50 faizi ölkənin baş naziri Nikol Paşinyanın istefasını istəyir.

    LEQAL.AZ xəbər verir ki, bu barədə “Gallup International Association” assosiasiyasının Ermənistan nümayəndəliyi - MPG kompaniyasının direktoru Aram Navasardyan bildirib.

    Kompaniyanın keçirdiyi sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 45,3 faizinin fikrincə Paşinyan istefaya getməlidir. Respondentlərin 37,8 faizi onun öz postunda qalmasına tərəfdar çıxıb, 16,9 faizi isə suala cavab verməyə çətinlik çəkib.

    Sorğuda iştirak edənlərin 28,8 faizi növbədənkənar parlament seçkilərinin keçirilməsini birmənalı olaraq zəruri sayır, 16,9 faizi bunun yaxşı ola biləcəyini hesab edir. Bundan başqa, rəyi soruşulan vətəndaşların 14,3 faizi növbədənkənar seçkilərə ehtiyac olmadığını bildirir, 27,2 faizi isə qətiyyətlə buna qarşı çıxır.

    Noyabrın 25-dən dekabrın 2-dək telefon vasitəsilə keçirilən rəy sorğusunda min nəfər iştirak edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər