Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib

Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
  • Cəmiyyət

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov I Qarabağ müharibəsi iştirakçısı, təqaüddə olan hərbçi Nurəli Səfərovu qəbul edib.

    Qəbul zamanı Nurəli Səfərovun I Qarabağ müharibəsi illərində keçdiyi döyüş yolu, hərbi xidməti və Vətənin müdafiəsi istiqamətində göstərdiyi xidmətlər barədə ətraflı söhbət aparılıb.

    Qeyd olunub ki, Nurəli Səfərov 1992–1994-cü illərdə Qarabağ müharibəsində iştirak edib, 1993-cü ildə döyüşlər zamanı yaralanıb. O, hərbi xidmət müddətində göstərdiyi şücaət və xidmətlərinə görə müxtəlif medallarla təltif olunub.

    Görüş zamanı Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşmüş hərbi qulluqçuların, müharibə iştirakçılarının və şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb.

    Rayon rəhbəri Vətən uğrunda döyüşmüş şəxslərin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə çatdırılmasının, onların göstərdikləri qəhrəmanlığın təbliğinin əhəmiyyətini qeyd edib.

    Səmimi şəraitdə keçən görüş zamanı Nurəli Səfərov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər