Xankəndi, Xocalı və Ağdərəyə yeni köç dalğası: növbəti ailələr yurdlarına yola düşdü

Xankəndi, Xocalı və Ağdərəyə yeni köç dalğası: növbəti ailələr yurdlarına yola düşdü
  • Cəmiyyət / Maraqlı

  • Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

    "Leqal" xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə (36 nəfər), Xocalı rayonunun Badara kəndinə 5 ailə (13 nəfər), Xanyurdu kəndinə 4 ailə (10 nəfər), Xanabad kəndinə 8 ailə (31 nəfər), Ballıca kəndinə 3 ailə (8 nəfər), Təzəbinə kəndinə 14 ailə (71 nəfər), Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə (36 nəfər), Həsənriz kəndinə 6 ailə (30 nəfər), Aşağı Oratağ kəndinə 12 ailə (49 nəfər), Çapar kəndinə 15 ailə (51 nəfər) yola salınıb.

    Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər