Rayon rəhbəri Birinci Qarabağ müharibəsi iştirakçısı Rafət Qulamovun atası Rəfail Qulamovu ziyarət edib

Rayon rəhbəri Birinci Qarabağ müharibəsi iştirakçısı Rafət Qulamovun atası Rəfail Qulamovu ziyarət edib
  • Cəmiyyət

  • Masallı rayonunda müharibə iştirakçılarına və onların ailələrinə göstərilən diqqət və qayğı davam etdirilir. Bu çərçivədə rayon rəhbəri vəfat etmiş Birinci Qarabağ müharibəsi iştirakçısı Rafət Qulamovun atası, səhhətində yaranmış narahatlıqla əlaqədar müalicə alan Rəfail Qulamovu yaşadığı evdə ziyarət edib.

    Görüş zamanı Rəfail Qulamovun sağlamlıq vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanılıb, ona mənəvi dəstək göstərilib. Bildirilib ki, Vətən uğrunda xidmət göstərmiş insanların və onların ailələrinin qayğıları hər zaman diqqət mərkəzindədir.

    Ziyarətdən məmnunluğunu ifadə edən Rəfail Qulamov və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər