Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasını xəstəxanada ziyarət edib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasını xəstəxanada ziyarət edib
  • Cəmiyyət

  • 26 may 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəhid Bayramov Qismət İlyas oğlunun anası Əsgərova Şabikə Məcid qızını ziyarət edib.

    Ziyarətdə Rayon İcra Hakimiyyəti aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev və Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramizoğlu da iştirak ediblər.

    Görüş zamanı şəhid anasının səhhəti ilə maraqlanılıb, ona göstərilən tibbi xidmət və diqqət barədə fikir mübadiləsi aparılıb.

    Əsgərova Şabikə Məcid qızı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova və Masallı Rayon Mərkəzi Xəstəxanasının kollektivinə təşəkkürünü bildirib.

    PAYLAŞ:

    Oxşar xəbərlər