Masallıda “Tarixin yazdığı böyük ömür yolu” mövzusunda konfrans

Masallıda “Tarixin yazdığı böyük ömür yolu” mövzusunda konfrans
  • Cəmiyyət

  • 10 may 2026-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Tarixin yazdığı böyük ömür yolu” mövzusunda konfrans keçirilmişdir.
                
    Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisinin Deputatları Məşhur Məmmədov və Fəzail İbrahimli, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcədə rayonun ağsaqqalları, ziyalıları və media əməkdaşları iştirak etmişlər.
             
     İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış oldular.
    Konfrans Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət himinin səsləndirilməsi ilə başladı.

    Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Xalqının Ümummilli Lideri, Dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmiş Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri haqqında geniş məruzə ilə çıxış etdi. 
               
    Daha sonra YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisinin Deputatları Məşhur Məmmədov və Fəzail İbrahimli çıxış edərək Heydər Əliyevin mənalı ömür yolundan, vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyətindən, bu dövrün başlıca mahiyyətindən bəhs etmişdir.

      Konfransda şəhid anası Mehriban Sultanova, gənc fəal Ruslan Cəbiyev və başqaları çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını dəqiq müəyyənləşdirib, “Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib və əbədiyyət qazanıb.

     O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən çıxarıb və tərəqqiyə qovuşdurub. Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini öncədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji onun bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib”.

     Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş üzvlərə partiya biletləri təqdim edilmişdir.



    PAYLAŞ:

    Oxşar xəbərlər