Masallıda Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib

Masallıda Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib
  • Cəmiyyət

  • 24 aprel 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Çernobıl AES-də baş vermiş qəzanın 40-cı ildönümü ilə əlaqədar rayonun Çernobıl veteranları ilə görüş keçirib.

    Rayon rəhbəri çıxış edərək bildirib ki, biz bu gün buraya həm o ağır günlərin xatirəsini anmaq, həm də canı bahasına dünyanı daha böyük bir fəlakətdən xilas edən qəhrəman masallılılara öz dərin ehtiramımızı bildirmək üçün toplaşmışıq. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə müəyyən etdiyi humanitar siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

    Rayon rəhbərinin səmimi çıxışı veteranlar tərəfindən böyük rəğbətlə qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə çıxış edən Çernobıl əlilləri keçdikləri çətin və şərəfli yoldan söz açaraq, sağlamlıqlarını itirdikləri o ağır illərdən sonra dövlətin hər zaman onların yanında olduğunu xüsusi qeyd ediblər. Veteranlar onlara göstərilən xüsusi diqqətə, sosial təminatın yaxşılaşdırılması və sağlamlıqlarının bərpası istiqamətində atılan ardıcıl addımlara görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

    Tədbirin sonunda rayon rəhbərliyi tərəfindən bir qrup veteranın müraciəti fərdi qaydada dinlənilib, onların qaldırdıqları məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Görüş xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.



    PAYLAŞ:

    Oxşar xəbərlər