Abdurrahman Güzel: Ulu babalarımızın fəlsəfəsindən ilham alaraq türk birliyini və bərabərliyini yenidən öyrənirik

Abdurrahman Güzel: Ulu babalarımızın fəlsəfəsindən ilham alaraq türk birliyini və bərabərliyini yenidən öyrənirik
  • Cəmiyyət

  • Türk birliyini əks etdirən bu möhtəşəm qurultay Türk dünyasını təkcə coğrafi baxımdan deyil, həm də dil, ədəbiyyat, ortaq köklər və inanc müstəvisində, hər bir nöqtədə vəhdət halında birləşdirir. Belə tədbirlər türkçülük şüurunu əsas tutur və qardaşlıq bağlarını daha da möhkəmləndirir.

    Bu fikirləri AMEA-da keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Başkent Universitetinin professoru Abdurrahman Güzel deyib.

    Professor daha sonra bidirib:

    - Biz burada ulu babalarımızın fəlsəfəsindən ilham alaraq türk birliyini və bərabərliyini yenidən öyrənirik. Müqəddəs inancımızın "bir olun, parçalanmayın" əmrinə sadiq qalaraq, elm, təhsil və mədəniyyət sahələrində türkçülüyə aid olan hər bir dəyəri tam mənası ilə hiss edirik. Əslində bu hərəkatın təməlləri 1919-cu ildən atılmağa başlamış, Sovet dönəminin mürəkkəb şərtlərinə baxmayaraq universitetlərin və ziyalıların çiyinlərində yaşamış, nəhayət 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay ilə öz tarixi zirvəsinə çatmışdır.

    Bu gün bir əsrə yaxın yaşı olan bu ideyanın nə qədər canlı olduğunun şahidiyik. Dövlətlərimizin və hökumətlərimizin bu irsə sahib çıxması, prosesin artıq beynəlxalq bir xarakter alması Türk dünyası daxilində möhtəşəm bir inteqrasiya yaratmışdır. İnanıram ki, bu birlik və bərabərlik ruhu gələcəkdə daha parlaq və əzəmətli zəfərlərə yol açacaqdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər