AMEA-nın Naxçıvan Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib

AMEA-nın Naxçıvan Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib
  • Cəmiyyət

  • AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Naxçıvan Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına həsr olunmuş hesabatı dinlənilib.

    Hesabatı  təqdim edən bölmənin sədri akademik İsmayıl Hacıyev bildirib ki, ötən il bölmənin müəssisələri Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, AMEA Rəyasət Heyətinin, eləcə də Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət qurumlarının tapşırıq və göstərişlərinə uyğun olaraq fəaliyyətini davam etdirib, elmi-tədqiqatların təşkili və icrası təmin edilib.

    Akademik İsmayıl Hacıyev qeyd edib ki, 2025-ci ildə AMEA Naxçıvan Bölməsində 3 elmi istiqamət üzrə, 3 problem çərçivəsində 17 elmi iş üzrə 36 mərhələdə tədqiqatlar aparılıb. İlin yekununda aparılan araşdırmalar nəticəsində 6 mühüm elmi nəticə əldə olunub.

    O, bölmənin elmi müəssisələri tərəfindən əldə olunmuş mühüm nəticələri təqdim edib. Alimin sözlərinə görə, Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Bülövqayada Dalma Təpə mə­dəniyyətindən forma və de­ko­rativ motivləri ilə seçilən fərqli bir mədə­niyyətin – Bü­lövqaya mədəniyyətinin formalaşdığını təs­diq edib. Bundan başqa, Naxçıvanda keramika məmulatlarının naxış motivi öyrənilərək müəyyən edilib ki, Nax­çıvanda dulusçuluqda IX əsrdən başlayan inkişaf XII-XIII əsrədək davam edib.

    Eyni zamanda, Naxçıvan ərazisində işlədilən frazeoloji ifadələr ilk dəfə kənd, qəsəbə və rayonlar üzrə top­lanılıb. Bu ifadələrin məna çalarları, ifadə etdiyi fikirlər, yerinə görə istifadə im­kanları tədqiq edilib. Naxçıvan şivələri leksika, frazeologiya və leksikoqrafiya cəhətdən araşdırılıb. Azərbaycan teatrının ən qabaqcıl sənət ocaqlarından biri olan Naxçıvan Dövlət Milli Dram Teatrında tarix boyu oynanılan tamaşaların rəssamlıq işindən dövrlər üzrə geniş bəhs olunub. O cümlədən Naxçıvan teatrında fəaliyyət göstərən rəssamların hə­yat və yaradıcılığı geniş şəkildə öyrənilib. İlk dəfə olaraq şair, dramaturq Hüseyn Razinin elmi döv­riyyəyə da­xil edilən arxiv materialları, əlyaz­ma­lar, məktub və xatirələr əsasında müəllifin ic­ti­mai möv­qeyi, milli ideoloji baxışları və azad­lıq ideal­la­rına sadiqliyi ətraflı və əsaslı şəkildə or­taya qo­yulub. Akademik İsmayıl Hacıyev əlavə edib ki, bölmədə aparılan tədqi­qatların nəticələri mono­qra­­fiya şəklində çapdan çıxıb.

    Bölmə sədri hesabat dövründə bölməyə daxil olan elmi müəssisə və təşkilatların əməkdaşları tərəfindən 9 monoqrafiya, 13 kitab, 288 elmi məqalə və 4 konfrans materialının nəşr olunduğunu, bu əsərlərin 50-sinin xaricdə işıq üzü gördüyünü vurğulayıb. Qeyd edib ki, hesabat ilində institut əməkdаşlаrının 122 еlmi əsəri, o cümlədən 5 monoqrafiyası, 6 kitabı, 59 elmi məqaləsi və 52 konfrans materialı çap olunub. Əsərlərdən 17-si, o cümlədən 2 kitab, 79 məqalə, 6 konfrans materialı xaricdə nəşr edilib. Elmi məqalələrdən 1-i Web of Science, 1-i Scopus, 3-ü ERİH Plus elmmetrik bazasında olmaqla 6-sı impakt faktorlu jurnalda çap olunub.

    Alim bildirib ki, bundan başqa, böl­mədə Dis­sertasiya Şurasında “Vətən tarixi” ixtisası üzrə 4 fəlsəfə dok­toru disserta­si­yasının mü­dafiəsi ke­çi­rilib, Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elm­­lər doktoru elmi dərə­cə­si verilib.

    Akademik İsmayıl Hacıyev 2025-ci ildə elmi tədbirlərin təşkilinin də diqqət mərkəzində olduğunu, “Qərbi Azərbaycan: tarix, mədəniyyət və böyük qayıdış” mövzusunda Respublika elmi konfransının, eyni zamanda, Elm Günü münasibətilə “Azərbaycan elminin elm məbədi” mövzusunda elmi konfransın və digər tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.

    Hesabat ilində AMEA Naxçıvan Bölməsinin ABŞ, Rusiya, Türkiyə, Özbəkistan, Qırğı­zıs­­­tan, Pol­şa elm və təhsil müəssisə­ləri və bir çox ölkələrin alimləri ilə sıx elmi əla­qə­lər­­ qurduğunu deyən akademik İsmayıl Hacıyev bölmənin 11 əməkdaşının res­pub­li­­ka­­da ke­çi­ri­lən, 12 əmək­daşının isə xa­ric­də keçiri­lən 21 bey­nəl­xalq konfrans, konqres və simpoziumda məruzə et­diyini bildirib.

    O, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, bölmənin elmi jurnalları, təltiflər, keçirilmiş seminarlar və digər məlumatları diqqətə çatdırıb.

    Daha sonra müzakirələr aparılıb, AMEA Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər