Çanaqqala döyüşlərinin 111-ci ildönümündə, başda Qazi Mustafa Kamal olmaqla, istiqlalımız və gələcəyimiz uğrunda mübarizə aparan bütün qəhrəmanlarımızı ehtiramla anır, şəhidlərimizi və əbədiyyətə qovuşmuş qazilərimizi rəhmətlə yad edirəm.
"Leqal" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala döyüşlərinin 111-ci ildönümü ilə əlaqədar paylaşımında bildirib.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın və tarixi bağların rəmzlərindən olan Çanaqqala döyüşlərində şəhid olanların 3 mindən çoxu azərbaycanlıdır.