Azərbaycanın Milli Qəhrəmanı "Fred Asif"in bacısı vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı "Fred Asif"in bacısı vəfat etdi
  • Cəmiyyət

  • Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif" - red.) bacısı Tahirə Yusifqızı vəfat edib.

    "Leqal" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fred Asif"in qardaşı Ədalət Məhərrəmov məlumat verib.

    Milli Qəhrəmanın bacısı Hövsan qəsəbəsində, "Dədə Qorqud" qəbirstanlığında torpağa tapşırılacaq.

    Xatırladaq ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb.

    1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində döyüşüb. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub.
    PAYLAŞ:

    Oxşar xəbərlər