Ana Vətən Partiyası və “Vətən Sağ Olsun” İB-i Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirdi

Ana Vətən Partiyası və “Vətən Sağ Olsun” İB-i Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirdi
  • Cəmiyyət

  • Ana Vətən Partiyası və Vətən Sağ Olsun İctimai Birliyinin təşəbbüsü ilə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Bakıxanov qəsəbəsindəki “Səbinə” şadlıq sarayında geniş tədbir keçirilib.

    Tədbirin aparıcısı Ana Vətən Partiyasının Xəzər rayon şöbəsinin sədri Jalə Paşayeva və Əli Hüseynov tədbir iştirakçılarını salamlayıblar.Yenifikir.media bildirir ki,tədbiri giriş sözü ilə açan Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Günay Ağamalı əlillər günü münasibətilə tədbir iştirakçılarını səmimi şəkildə salamlayıb və onlara xoş arzularını çatdırıb. Millət vəkili çıxışında ölkəmizdəki əlillərin cəmiyyətimizdə bərabər statusa malik olduğunu vurğulayaraq, onların idman, incəsənət və digər sahələrdə böyük uğurlara imza atdıqlarını qeyd edib.

    Tədbirdə Vətən Sağ Olsun İctimai Birliyinin sədri, Ana Vətən Partiyasının Binəqədi rayon təşkilatının sədri Püstəxanım Hüseynova da qonaqları salamlayaraq, onlara səmimi və xoş arzularını bildirib.

    Əlillər günü münasibətilə təşkil olunan tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar və müxtəlif sahələrdə uğur qazanan şəxslər iştirak edib.

    Tədbir həm sosial, həm də mədəniyyət baxımından əhəmiyyətli bir hadisə olaraq, əlillərin cəmiyyətimizdəki rolunu və onların uğurlarını bir daha ön plana çıxarır.Belə tədbirlər həm cəmiyyətin əlillərə diqqətini artırır, həm də onların istedad və bacarıqlarının daha geniş kütləyə təqdim olunmasına imkan yaradır.

    PAYLAŞ:

    Oxşar xəbərlər