
Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşkilatçılığı ilə 1- ci və 2- ci Vətən müharibəsinin yenilməz döyüşçüsü Elsevər Hüseynovun qəhrəmanlıq yolundan bəhs edən "Səbrin intiqamı" kitabının təqdimatı keçirildi.
Kitabın müəllifi vətənpərvər jurnalist Ötərxan Eltac, redaktoru, professor Gülarə Aydın, korrektor İlahə Həbibdi.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamladı. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, vətən yolunda canından keçən müqəddəs şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Qəhramanlıq dastanına işıq tutan professor Gülarə Aydın, professor Ziyadxan Nəbibəyli, komandir qazi Babək Aslanov, komandir qazi Muxtar Həşimov qazi Xəyyam Nəsirov, qazi Əli Hümbətov, jurnalist Bəşir İbrahim və aşıq Azad Laçınlı, eləcə də Xanım ana öz çıxışlarında vətənpərvər jurnalist Ötərxan Eltacın can yanğısı ilə yazdığı kitabın gənc nəslə bir qəhrəmanlıq nümunəsi əslində Elsevər Hüseynovun timsalında bütün vətən uğrunda döyüşən oğullara aid olduğunu vurğuladılar.
"Səbrin intiqamı" kitabının müəllifi Ötərxan Eltac öz çıxışında qeyd etdi ki, bu kitab qazi qardaşımızın 50 illik yubiley yaşına bir töhfədir.
Şəhidlərimizdən, qazilərimizdən, Qarabağımızın qanlı tarixinin canlı şahidlərindən yazmaq, təbliğ etmək vətənpərvərlik borcumuzdur.
Vətənpərvər jurnalist Ötərxan Eltacın vətənpərvərlik mövzusunda işıq üzü görən sayca 12- ci kitabı oxucular tərəfindən böyük rəğbətlə qarşılandı.
Tədbirdə ziyalılar, alimlər, jurnalistlər, qəhrəmanımız Elsevər Hüseynovun doğmaları, dostlar və yurd sevdalılar iştirak edirdi.
Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri, aparıcı Güllü Eldar Tomarlı tədbir iştirakçılarına və zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi.

