
13 oktyabrda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunan “Mənəvi dəyərlər həftəsi” çərçivəsində Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ Universitetinin, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən aksiyada 200-dən çox badam tingi əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, aksiya Qarabağın yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması və bölgənin təbiətinin bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə töhfə məqsədi daşıyır.


