Azərbaycan rəssamları Özbəkistanda beynəlxalq plener-səfərdə iştirak edəcəklər

Azərbaycan rəssamları Özbəkistanda beynəlxalq plener-səfərdə iştirak edəcəklər
  • Cəmiyyət

  • 17–22 oktyabr 2025-ci il tarixlərində Uluslararası Aktivist Sanatçılar Birliyinin (UASB) Azərbaycan təmsilçiliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənd və qədim Səmərqənd şəhərində beynəlxalq plener-səfər keçiriləcək.

    Səfərdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistandan tanınmış rəssamlar və sənət adamları iştirak edəcək. Onlar tarixi abidələrdə eskizlər hazırlayacaq, əsərlər yaradacaq və sonda Özbəkistan Rəssamlar İttifaqı və Özbəkistan Rəssamlıq Akademiyasının dəstəyi ilə beynəlxalq sərgi təşkil olunacaq. İştirakçılara sertifikatlar təqdim ediləcək.

    UASB Azərbaycan və Orta Asiya təmsilçisi Nəvai Metin bildirib ki, bu tədbir yeni layihənin başlanğıcıdır və yaxın illərdə Orta Asiyanın müxtəlif şəhərlərində oxşar plenerlər keçiriləcək
    PAYLAŞ:

    Oxşar xəbərlər