
Sentyabrın 10-da Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı rayon MKS-nin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qodman kənd kitabxana filialının əməkdaşlarının Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Niyaməddin Sultanzadənin doğum günü münasibətilə onun ailəsinə ziyarəti təşkil olunub.
Ziyarətin məqsədi şəhidin əziz xatirəsini yad etmək, ailəsinə mənəvi dəstək göstərmək və gənc nəsildə vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.
Ziyarət zamanı Şəhidin keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıq və vətənə olan sevgisi haqqında xatirələr bölüşülüb.
Ziyarət zamanı qeyd olunub ki, şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur.