Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin doğum günüdür

Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin doğum günüdür
  • Cəmiyyət / Maraqlı

  • Bu gün 44 günlük Vətən Müharibəsi şəhidi Adil İbrahimlinin doğum günüdür.

    Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub.

    XTQ-nin baş leytenantı Adil İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.

    II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi, 2 övladı yadigar qalıb.

    Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümüdən sonra:

    “Vətən Müharibəsi Qəhrəmanı”;
    “Vətən Uğrunda”;
    “Kəlbəcərin azad olunmasına görə”;
    “Xocavəndin azad olunmasına görə”;
    “Şuşanın azad olunmasına görə”;

    “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.


    Adının əbədiləşdirilməsi məqsədilə doğma 14 nömrəli məktəbə Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin adı verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər