Masallı rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi xidmətlər yüksək qiymətləndirilib

Masallı rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi xidmətlər yüksək qiymətləndirilib
  • Cəmiyyət

  • Masallı rayon Mərkəzi Xəstəxanası tibbi xidmətlərdən məmnunluq dərəcəsini müəyyən etmək üçün onlayn qiymətləndirmə yüksək nəticə əldə etmişdir.

    Belə ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən məmnunluq dərəcəsini müəyyən etmək üçün onlayn qiymətləndirmə tətbiq olunur. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət alan pasiyentlər tibbi xidmətlərin keyfiyyətini “e-Tabib” mobil tətbiqi vasitəsilə qiymətləndirmək imkanına malikdirlər. 2025-ci ilin ilk 6 ayı ərzində mobil tətbiq üzərindən 29 min vətəndaşın müraciəti qeydə alınıb. Belə ki, vətəndaşlar tərəfindən 2025-ci ilin ilk 6 ayı ərzində Bakı Baş Səhiyyə Mərkəzi 4.35, Xəzər Tibb Mərkəzi 4.28, Pirallahı Tibb Mərkəzi 4.27, Respublika Endokrinoloji Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanası 4.26, Suraxanı və Binəqədi tibb mərkəzləri 4.25, Qəbələ və Masallı rayon mərkəzi xəstəxanaları 4.24, Zərdab Rayon Mərkəzi Xəstəxanası orta hesabla 4.23 bal ilə qiymətləndirilib. Qiymətləndirmə xidmətin effektivliyi, həkim-pasiyent münasibətlərini əhatə edib. Qeyd edək ki, qiymətləndirmədə ən yüksək bal şkalası 5 nəzərdə tutulub.
    tabib.gov.az
    PAYLAŞ:

    Oxşar xəbərlər