Gənc heykəltəraş qardaşlar şəhidimizə heykəl hazırladılar – Foto

Gənc heykəltəraş qardaşlar şəhidimizə heykəl hazırladılar – Foto
  • Cəmiyyət / Maraqlı

  • Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatı zamanı şəhid olan baş leytenant Əlimərdan Fəttah oğlu Quluzadənin heykəli hazırlanıb.

    LEQAL.AZ-ın əldə etdiyi məlumata görə, Masallı rayonunun Qasımlı kəndindən olan gənc və istedadlı heykəltəraşlar - Akşin və Müstəqil Balayev qardaşları şəhidin heykəlini hazır ediblər.

    Akşin və Müstəqil Balayev qardaşları Qasımlı kəndindən olan heykəltəraş İlqar Balayevin övladlarıdır.

    Gənc qardaşlar öz bacarıq və istedadlarını ortaya qoyaraq şəhidimiz Əlimərdan Quluzadənin heykəl portretini yaradıblar.

    Qeyd edək ki, Əlimərdan Quluzadə Masallı rayonun 1-ci Yeddioymaq kəndində anadan olub. O, orduda baş leytenantın və tank komandiri olaraq xidmət göstərmişdir. Şəhidin iki azyaşlı qızı ondan yadigar qaldı.

    Xatırladaq ki, Akşin və Müstəqil qardaşları, Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvəllərinin zabiti, mayor Anar Novruzovun heykəlini də hazırlayıblar.

    Müəllif: Mahal MƏMMƏDHÜSEYNLİ
    PAYLAŞ:

    Oxşar xəbərlər