Azərbaycan bu gün həm öz tarixini yazır, həm də regionun sabahını formalaşdırır  

Azərbaycan bu gün həm öz tarixini yazır, həm də regionun sabahını formalaşdırır    
  • Cəmiyyət

  • Regional liderliyin və strateji baxışın təcəssümü 2025-ci il iyulun 4-də Azərbaycan dövlətçiliyinin simvolu olan Xankəndi şəhəri, regionun və dünyanın diqqət mərkəzinə çevrildi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü ilk dəfə olaraq bu əzəli torpaqda keçirildi. Bu tarixi hadisə təkcə Azərbaycanın ərazi bütövlüyünün təsdiqi deyil, eyni zamanda ölkəmizin regional əməkdaşlıqda aparıcı rol oynadığını nümayiş etdirdi. Prezident İlham Əliyevin bu görüşdəki çıxışı isə, Azərbaycanın strateji baxışını, qlobal çağırışlara cavab vermək iradəsini və liderlik gücünü açıq şəkildə ortaya qoydu. Cənab Prezidentin çıxışı dərin məzmunu, qlobal problemlərə dair çağırışları və real həll yolları ilə yadda qaldı. O, qlobal iqlim böhranının artıq təxirəsalınmaz addımlar tələb etdiyini vurğuladı və qeyd etdi ki, sənayedən əvvəlki dövrlə müqayisədə 1.5°C-lik istiləşmə həddinin keçilməsi bütün bəşəriyyət üçün xəbərdarlıq siqnalıdır.

     Bu baxımdan ECO ölkələrinin birgə səyləri, dayanıqlı iqtisadiyyatın qurulması və ətraf mühitə həssas yanaşma, Prezidentin çıxışında əsas istiqamət kimi göstərildi. Zirvə görüşünün Xankəndidə keçirilməsi isə yalnız coğrafi məkan seçimi deyildi – bu, Azərbaycanın siyasi iradəsinin, milli birliyinin və qələbə ruhunun simvolik ifadəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə münaqişədən çıxan ölkə deyil, eyni zamanda bərpa, dirçəliş və inkişaf modelinə çevrilmişdir. Zirvə iştirakçıları bu möhtəşəm dönüşün şahidi oldular. Çıxış zamanı Prezident İlham Əliyev, həmçinin inklüzivliyə – qadınların, gənclərin və vətəndaş cəmiyyətinin proseslərə aktiv cəlbinə xüsusi yer ayırdı. O vurğuladı ki, 2035-ci ilə qədərki strateji yol xəritəsində bütün tərəfdaşların rolu nəzərə alınmalıdır. Bu yanaşma Azərbaycanın gələcəyə açıq, inteqrasiyaya hazır və ədalətli inkişaf tərəfdarı olduğunu bir daha göstərdi. Xankəndi Zirvə görüşü Azərbaycanın siyasi gücünün, diplomatik çevikliyinin və qlobal məsələlərə dair prinsipial mövqeyinin nümayişi idi. Prezident İlham Əliyevin liderliyi ilə bu görüş ECO-nun tarixində bir dönüş nöqtəsinə çevrildi. 

    Bu, sadəcə tədbir deyil, regional həmrəyliyin təməlində duran bir strateji mesaj idi: Azərbaycan yalnız özünün deyil, bütövlükdə regionun inkişafına liderlik edir. Bu baxımdan, Prezident İlham Əliyevin Xankəndidəki çıxışı təkcə siyasi bəyanat deyil, gələcək üçün yol xəritəsi idi. Onun qətiyyətli və uzaqgörən yanaşması sayəsində Azərbaycan bu gün həm öz tarixini yazır, həm də regionun sabahını formalaşdırır. 

     

    Milana İsmayılzadə,
    Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin müəllimi


    PAYLAŞ:

    Oxşar xəbərlər