
Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.
“Leqal” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, 26 yaşlı Ucar rayon sakini S.Hüseynov aprel ayının 14-də Ucar Rayon Mərkəzi Xəstəxanasında “tükdönməsi” əməliyyatı olunmalı imiş.
Lakin narkozun təsirindən şok keçirib və əməliyyat baş tutmayıb. 81 günlük mübarizədən sonra bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
