Rektor Natiq İbrahimov Qurban bayramı münasıbəti ilə universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin kollektivin Təbrik edib

Rektor Natiq İbrahimov Qurban bayramı münasıbəti ilə universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin kollektivin Təbrik edib
  • Cəmiyyət

  • Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Qurban bayramı münasıbəti ilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin kollektivinə Təbriki.

    Müqəddəs Qurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin bütün kollektivini-professor-müəllim-tələbə-işçi heyətini ürəkdən təbrik edir, xoş bayram arzularımı bildirirəm. İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı humanist dəyərlərə, ali insani hisslərə söykənir, əsrlərdir ki, dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzinə çevrilib.

    Qürurverici haldır ki, Azərbaycan xalqı Qurban bayramını tam ərazi bütövlüyü şəraitində, azad olunmuş torpaqlarda- Qarabağda, Şuşada, Xankəndində, Xocalıda, Laçında, Kəlbəcərdə, Zəngilanda qeyd edir. Bu böyük Zəfər sevincini xalqımıza yaşadan şəhid oğullarımızın xatirəsini bu əziz günlərdə bir daha ehtiramla yad edərək ruhları şad olsun-deyir, qazilərimizə, əsgərlərimizə can sağlığı diləyirik.

    Qoy Qurban bayramı dünyamıza sülh, əmin-amanlıq, ölkəmizə firavanlıq, evlərinizə ruzi-bərəkət gətirsin! Süfrələrinizin ruzisi heç zaman əskilməsin. Kəsdiyiniz qurbanlar qəbul, etdiyiniz dualar çin olsun.

    Qurban bayramınız mübarək!

    Qeyd edək ki, Qurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin bütün kollektivinə-professor-müəllim və işçi heyətinə pul mükafatları verilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər