Ölkəmizdə səfərdə olan din xadimləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını, Türk şəhidliyi abidəsini ziyarət ediblər

Ölkəmizdə səfərdə olan din xadimləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını, Türk şəhidliyi abidəsini ziyarət ediblər
  • Cəmiyyət

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti iyunun 1-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra din xadimləri Şəhidlər xiyabanı və Bakı Türk şəhidliyi abidəsində olub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların xatirəsini yad ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər