Masallıda “Arşın mal alan” tamaşası

Masallıda “Arşın mal alan” tamaşası
  • Cəmiyyət

  • 15 may 2025-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyovun anadan olmasının 140 illik yubileyi münasibətilə Lənkəran Dövlət Dram Teatrının təqdimatında “Arşın mal alan” tamaşası nümayiş etdirilmişdir.
    Tamaşanı Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova açaraq tamaşaçıları salamlamış və tamaşa haqqında ətraflı məlumat vermişdir.

    Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov teatrın kollektivinə təşəkkür etmiş və ailə günündə tamaşanın nümayiş etdirilməsinin təqdirəlayiq olduğunu bildirmişdir.

    Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin səhnəsində “Arşın mal alan” tamaşası nümayiş etdirilmişdir.
    Tamaşanın sonunda xatirə şəkilləri çəkdirildi.



















    PAYLAŞ:

    Oxşar xəbərlər