Masallı rayon İcra Hakimiyyətinə Vətən Müharibəsi iştirakçısının təyinatı 

Masallı rayon İcra Hakimiyyətinə Vətən Müharibəsi iştirakçısının təyinatı 
  • Cəmiyyət

  • Masallı rayon İcra Hakimiyyətinin Başçısı aparatında vakant olan İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə Vətən Müharibəsi iştirakçısı Tərlan Məşkur oğlu Şahverdiyev təyin olunmuşdur.

    22 aprel 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədovun müvafiq Sərəncamı ilə Vətən Müharibəsi iştirakçısı Tərlan Məşkur oğlu Şahverdiyev Masallı rayon İcra Hakimiyyəti Başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad olunaraq Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.

    Qeyd edək ki, Tərlan Məşkur oğlu Şahverdiyev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunması görə” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.04.2022-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.



    PAYLAŞ:

    Oxşar xəbərlər