Dövlət Komitəsinin sədri Zərdab rayonunda vətəndaşların müraciətlərini dinləyib

Dövlət Komitəsinin sədri Zərdab rayonunda vətəndaşların müraciətlərini dinləyib
  • Cəmiyyət

  • Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 8-də Zərdab rayonunda vətəndaşları qəbul edib.

    Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

    Qəbul zamanı Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatına alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

    Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər