Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib
  • Cəmiyyət

  • Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Masallı şəhərində vətəndaşları qəbul edib.

    Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

    Qəbul zamanı Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, dini təhsil, İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini icmaların kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

    Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər