Bakı İlahiyyat Kolleci tələbələri arasında "Nurun sədası" Qurani-Kərim müsabiqəsi keçirilib

Bakı İlahiyyat  Kolleci tələbələri arasında "Nurun sədası" Qurani-Kərim müsabiqəsi keçirilib
  • Cəmiyyət

  • Bakı İlahiyyat  Kolleci tələbələri arasında "Nurun sədası" Qurani-Kərim müsabiqəsi keçirilib.

    Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin I kurs tələbələri arasında ilahi kəlamın nazil olmağa başladığı Ramazan ayı münasibətilə “Nurun sədası” Qurani-Kərim müsabiqəsi keçirilib.  

    Müsabiqənin münsiflər heyətində Azərbaycan İlahiyyat İnstitutunun prorektoru dos. Mirniyaz Mürsəlov, İlahiyyat fakültəsinin dekan müavini f.f.d. Kövsər Tağıyev, Kollecin direktor müavinləri Əbülfət Vəliyev və f.f.d. Faiq Əhmədzadə təmsil olunublar.

    Qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşdirilib. Nəticələrə əsasən, “Nurun sədası” Qurani-Kərim müsabiqəsində I yerə Kollecin I kurs tələbəsi Kəlbiyev Samir, II yerə I kurs tələbəsi Rəhimov Rəhman və III yerə I kurs tələbəsi Rzayev Murad layiq görülüblər.

    Müsabiqənin qalibləri mükafatlarla təltif olunub, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib. 


















    PAYLAŞ:

    Oxşar xəbərlər