Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq
  • Cəmiyyət / Maraqlı

  • Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb. 

    Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər