
Ulu Öndər Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır.
Gənclər siyasəti ölkəmizdə bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Gənc nəslin mənəvi və fiziki sağlamlığına xidmət edən siyasət ötən 2024-cü ildə də ildə davam etdirilmişdir.Ölkəmiz üçün çoxsaylı naliyyətlərlə başa çatan 2024-cü il Möhtərəm Prezidentimizin rəhbərliyi ilə gənc nəslin intellektual,mənəvi,fiziki tərbiyəsi məqsədinə yönəlmiş siyasətin uğurları ilə çox zəngin olmuşdur. 2024 –cü ildə ölkəmizdə təhsil,gənclik və idmanla bağlı görülən işlər ölkənin sosial-iqtisadi inkişafına,insan kapitalının artırılmasına və beynəlxalq əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. 2024-cü il ərzində Azərbaycanda gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq və onların müxtəlif sahələrdə inkişafını dəstəkləmək məqsədilə bir sıra yarış və müsabiqələr təşkil edilmişdir. Gənclərin liderlik və əməkdaşlıq sahəsində inkişafını dəstəkləmək, həmçinin ölkəmizin beynəlxalq arenada tanıdılmasına töhfə vermək məqsədilə, 2024-cü ildə “Bakı qərar verir" Gənclərin I İqlim Danışıqları, "By Youth For Youth" Beynəlxalq Forumu, “Şuşa-İƏT-in Gənclər Paytaxtı” və “Lənkəran - Türk Dünyasının Gənclər Paytaxtı” proqramları çərçivəsində həyata keçirilən 24 beynəlxalq tədbirdə 57 ölkədən 650 iştirakçı, yerli və xarici nümayəndələr, gənclər və könüllülər iştirak edib.
2024-cü ildə keçirilən gənclər siyasəti bu nəslin ictimai həyata daha fəal inteqrasiyası, onlarla yeni imkanların yaradılması və yaradıcı potensialının kəşf edilərək dəstəklənməsi əsasında qurulmuşdur.Möhtərəm Prezidentimizin 1 fevral 2024-cü il tarixli sərəncamı ilə 10 gənc Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülmüşdür.Cənab İlham Əliyevin 17 aprel 2024-cü il tarixli sərəncamı ilə Şuşa şəhəri” İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı” elan edilmişdir.Zəfər rəmzimiz olan Şuşanın tarixi-mədəni əhəmiyyətini beynəlxalq gənclər platformasında tanıtmaqla yanaşı,gənclərin müdafiəsi və sosial iştirakına imkan yaratmışdır.
2024-cü ildə gənclərlə bağlı imzalanan ən mühüm sənədlərdən biri 2025-ci ilin “ Yüksəliş” müsabiqəsinin keçirilməsi olacaqdır.”Yüksəliş”müsabiqəsi ölkədə gənc liderlərin aşkara çıxarılması və onların potensialının inkişafı məqsədi daşıyır.Bu layihə 2019-cu ildən keçirilərək və indiyə qədər on minlərlə gənc iştirakçının qatıldığı müsabiqə vasitəsilə müxtəlif sahələr üzrə liderlik qabiliyyətinə malik gənclər seçilib və onların inkişafı üçün mühüm proqrqmlar həyata keçirilib.” Yüksəliş” müsabiqəsi Azərbaycanın gələcək liderlərini hazırlamaq və onların dövlət idarəetməsində,digər sahələrdə,sosial həyatda fəal iştirakını təmin edən mühüm layihələrdən biridir.Bununla yanaşı ötən ildə gənclərin fəallığını artırmaq məqsədilə bir sıra tədbirlər də həyata keçirilmişdir.Bütün bu tədbirlər hər il olduğu kimi 2024-cü ildə də ölkəmizin gənclər siyasəti gənc nəslin həyata baxışını,cəmiyyətdəki ictimai rolunu və sosial məsuliyyətini genişləndirməyə istiqamətlənmişdir.
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq muzeyinin direktoru