Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti

Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti
  • Cəmiyyət

  • Prezident Möhtərəm Prezident cınab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan beynəlxalq arenada güclü idman ölkəsi kimi tanınır. Mötəbər beynəlxalq yarışlar, idmançıların dünya arenasında çoxsaylı uğurları ,2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildə “Formula-1” Avropa Qran-prisinə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən Bakı şəhəri Azərbaycanın hərtərəfli inkişafını nümayiş etdirir. Buu sahədə qazandığımız uğurlar Prezident İlham Əliyevin idman siyasəti sayəsində mümkün olmuşdur. Ötən illər ərzində Azərbaycanın regionun əsas idman gücünə çevriləsi təsadüfi qarşılanmır - respublikamızda dünya və Avropa çempionatları və digər yüksək dərəcəli beynəlxalq yarışların keçirildiyini artıq saymaq mümkün deyil. 

    Bütün bunların zirvəsi 2015-ci ildə Bakıda zəfərlə keçirilən birinci Avropa Oyunları oldu. İki ildən sonra Azərbaycanın paytaxtı İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Yaxşı ənənəyə uyğun olaraq, daha iki ildən sonra Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçirildi. Hər il onlarla idmançıya mənzillər, mükafatlar, fəxri adlar verilir.

    Prezident  İlham Əliyevin ilin idman yekunlarına həsr olunan mərasimində qeyd etdiyi kimi, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. İdmançılarımızın beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirən dövlət başçısı xüsusilə vurğuladı ki, bu, idmanımızın inkişaf etdiyini göstərir. Buna görə də, uğurlu idman siyasəti nəticəsində qarşıdakı ildə də idman qələbələrimizin davam edəcəyinə heç bir şübhə yoxdur. Biz ilin sonunda, ya da ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı təltif edirik - dövlət təltifləri ilə, mənzillərlə. Bu proses artıq 27 ildir ki, davam edir. Çünki mən Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçiləndən sonra çox yaxşı görürdüm ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir, ilk növbədə, dövlət dəstəyi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir.

    Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.”

     Prezident İlham Əliyevin idmançılara və məşqçilərə yüksək qiymət verməsi gənc nəsillə yanaşı, idmanın inkişafı naminə çalışan bütün insanları da həvəsləndirir. Dövlətimizin başçısı idmançıların sosial vəziyyətinə xüsusi diqqət yetirir ki, bu da onların çıxışına böyük stimuldur. 2025-ci ildə Azərbaycan növbəti böyük idman yarışına evsahibliyi edəcək. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirdi ki, üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Dövlət başçımızın sözlərinə görə, bu qədər iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Bu oyunlara da hazırlaşdığımızı diqqətə çatdıran Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, MDB Oyunlarının ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər. 

    İdman sahəsində davamlı inkişaf əminliklə deməyə əsas verir ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti ölkədə idmana olan marağın daha da artmasına və sağlam nəslin yetişməsinə güclü təkan verməklə bərabər, hərtərəfli faydaların əldə olunmasına da müsbət təsir göstərir.

    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

    PAYLAŞ: