Pakistan Ədəbiyyat Akademiyasının prezidenti: Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfrans ölkələr arasında elmi-ədəbi əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti: Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfrans ölkələr arasında elmi-ədəbi əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək
  • Cəmiyyət

  • Pakistan Ədəbiyyat Akademiyasının prezidenti: Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfrans ölkələr arasında elmi-ədəbi əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək
    Azərbaycan çox gözəl ölkədir. Paytaxtınızda olan gözəllik, insanların qonaqpərvərliyi, səmimiliyi və mehribanlığı bu şəhəri mənə çox sevdirdi. Bu gözəlliyi görməyə imkanım olduğu üçün şadam.

    Bu sözləri “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizə səfər edən Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif deyib.

    Bakıda olmağından məmnunluğunu bildirən professor Najeeba Arif qeyd edib ki, Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır.

    O, Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfransın ölkələr arasında elmi-ədəbi əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.

    Professor Najeeba Arif  rəhbərlik etdiyi qurumla AMEA arasında qarşılıqlı səmərəli əlaqələrdən də bəhs edərək, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Ön söz”ü və ideya müəllifliyi ilə Pakistanda“Kitabi-Dədə Qorqud” eposunun urdu dilində nəşr olunduğunu diqqətə çatdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər